Ceyms Appaturay: NATO
Dağlıq Qarabağ münaqişəsi
ilə bağlı ATƏT-in Minsk qrupunun fəaliyyətini tam
dəstəkləyir
NATO regionda sülhün və təhlükəsizliyin, azərbaycanlı qaçqın və məcburi köçkünlərin doğma torpaqlarına qayıtmasının tərəfdarıdır. Biz Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ATƏT-in Minsk qrupunun fəaliyyətini tam dəstəkləyirik.
AzərTAc xəbər verir ki, bu sözləri iyulun 5-də Azərbaycanda səfərdə olan NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms demişdir.
Son aylar cəbhə xəttində vəziyyətin gərginləşməsindən narahat olduğunu bildirən xüsusi nümayəndə qeyd etmişdir ki, NATO Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesinə cəlb olunmadığı üçün bu məsələ ilə əlaqədar əsas söz sahibi deyildir. Ancaq biz istəyirik ki, iki ölkə arasında sülh bərpa olunsun.
Azərbaycan-NATO əlaqələrinin
bundan sonra daha da inkişaf
edəcəyini vurğulayan C.Appaturay Azərbaycan hərbçilərinin NATO-nun "Sülh naminə
tərəfdaşlıq" proqramı çərçivəsində
Əfqanıstanda hərbi əməliyyatlarda yaxından
iştirakını yüksək qiymətləndirmişdir.
Azərbaycan.- 2012.- 6 iyul.- S. 5.