Strateji Araşdırmalar Mərkəzinin nümayəndə heyəti Ankarada səfərdə olmuşdur

 

 Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktoru Fərhad Məmmədovun başçılıq etdiyi nümayəndə heyəti Türkiyə Xarici İşlər Nazirliyinin Strateji Araşdırmalar Mərkəzinin dəvəti ilə Ankarada səfərdə olmuşdur.

Səfər çərçivəsində SAM-ın direktoru Fərhad Məmmədov Türkiyənin TRT-1 kanalının canlı proqramının qonağı olmuş, eləcə də "Zaman" qəzetinin müxbirinin suallarını cavablandırmışdır.

Nümayəndə heyətinin Türkiyə Xarici İşlər Nazirliyinin Strateji Araşdırmalar Mərkəzində keçirdiyi görüşdə 2011-ci ildə iki qurum arasında imzalanmış protokola əsasən həyata keçirilən birgə layihələr, əməkdaşlığın daha da inkişaf etdirilməsi məsələləri müzakirə olunmuşdur.

 

 

Oqtay BAYRAMOV

 

Azərbaycan.- 2012.- 6 iyul.- S. 6.