Azərbaycan
Respublikasının “Əməkdar tibb işçisi” fəxri adının təsis edilməsi
haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, səhiyyə sahəsində işçilərin əməyini qiymətləndirmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının "Əməkdar tibb işçisi" fəxri adı təsis edilsin.
2.
"Azərbaycan Respublikasının fəxri adları
haqqında" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il
22 may tarixli 706 nömrəli Fərmanının (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 1998, ¹ 5, maddə 312;
2000, ¹ 4, maddə 268; 2005, ¹ 3, maddə 165, ¹ 7, maddələr
595, 603, ¹ 11, maddə 1013; 2008, ¹ 10, maddə 890; 2010, ¹ 5, maddə
388)1-ci hissəsinin iyirminci abzasının sonunda nöqtə
işarəsi nöqtəli vergül işarəsi ilə əvəz
edilsin və hissəyə aşağıdakı məzmunda
iyirmi birinci abzas əlavə edilsin:
"əməkdar
tibb işçisi.".
3. Azərbaycan Respublikası Prezidentinin
1999-cu il 14 may tarixli 130 nömrəli Fərmanı ilə təsdiq
edilmiş "Azərbaycan
Respublikasının fəxri adları haqqında Əsasnamə"nin
(Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 1999, ¹ 5, maddə 300; 2001, ¹7, maddə
467; 2002, ¹6, maddə 341; 2003, ¹10, maddə 544;
2004, ¹2, maddə 61; 2005, ¹10, maddə 915; 2006, ¹2, maddə 81;
2010, ¹ 5, maddə 388; 2011, ¹ 2, maddə 85) 4-cü bəndinə
aşağıdakı məzmunda iyirminci
abzas əlavə edilsin:
"Əməkdar
tibb işçisi" fəxri adı yüksək peşəkarlığına
görə müalicə-profilaktika, əczaçılıq,
sanitariya, sanatoriya-kurort, elmi-tədqiqat və digər səhiyyə
müəssisələrində tibb məntəqəsinin
müdiri, tibb bacısı, feldşer, mama, diş texniki,
rentgen texniki, laborant, feldşer-laborant, anestezist,
instruktor-dezinfektor, sanitar-feldşer, həkim köməkçisi,
entomoloq köməkçisi, tibbi statistik, tibb qeydiyyatçısı,
müalicə-bədən tərbiyəsi üzrə instruktor
və əczaçı vəzifələrində
çalışan işçilərə səhiyyə sahəsində
azı iyirmi il işlədikdə verilir.".
4. Azərbaycan
Respublikasının Nazirlər Kabineti Azərbaycan
Respublikasının "Əməkdar tibb işçisi"
fəxri adının döş nişanı və vəsiqəsinin
hazırlanmasına olan tələbat, Azərbaycan
Respublikasının "Əməkdar tibb işçisi"
fəxri adının döş nişanının təsviri
və eskizi barədə təkliflərini bir ay müddətində
Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 6 iyul
2012-ci il
Azərbaycan.- 2012.- 7 iyul.- S. 2.