2011-ci il oktyabrın 18-də Sankt-Peterburq
şəhərində imzalanmış “Narkotik vasitələr, psixotrop
maddələr və onların prekursorlarının nümunələrinin
ötürülməsi qaydası haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1.
2011-ci il oktyabrın 18-də Sankt-Peterburq şəhərində
Azərbaycan Respublikası Hökumətinin qeyd-şərtlə
imzaladığı "Narkotik vasitələr, psixotrop maddələr
və onların prekursorlarının nümunələrinin
ötürülməsi qaydası haqqında Saziş" təsdiq
edilsin.
2. Azərbaycan
Respublikasının Nazirlər Kabineti bu fərmanın 1-ci
hissəsində göstərilən Sazişin müddəalarının
həyata keçirilməsi üçün tədbirlər
görsün.
3. Azərbaycan
Respublikasının Xarici İşlər Nazirliyi həmin
sazişin qüvvəyə minməsi üçün zəruri
olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə
Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsini
xəbərdar etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 6 iyul
2012-ci il
Azərbaycan.- 2012.- 7 iyul.- S. 2.