Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar

 

¹ 150  Bakı şəhəri, 6 iyul 2012-ci il

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 40 nömrəli qərarı ilə təsdiq edilmiş "Nəqliyyat vasitələrinə onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında Nümunəvi Əsasnamə"də dəyişiklik edilməsi barədə

 

 "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2012-ci il 6 aprel tarixli 320-IVQD nömrəli Qanununun tətbiqi   "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 8 may tarixli 630 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 40 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, ¹ 3, maddə 196; 2001, ¹ 10, maddə 663; 2003, ¹ 6, maddə 342; 2005, ¹ 4, maddə 386; 2006, ¹ 5, maddə 463, ¹ 9, maddə 822; 2008, ¹ 2, maddə 125, ¹ 8, maddə 782; 2011, ¹ 5, maddə 455; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 11 may tarixli  114 nömrəli qərarı) ilə təsdiq edilmiş "Nəqliyyat vasitələrinə onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında Nümunəvi Əsasnamə"nin 3.2-ci bəndinin 4-cü yarımbəndində "rüsumun ya verginin" sözləri "dövlət rüsumunun yol vergisinin" sözləri ilə əvəz edilsin.

 

 

Yaqub EYYUBOV,

Azərbaycan Respublikası

Baş nazirinin birinci müavini

 

Azərbaycan.- 2012.- 7 iyul.- S. 2.