Yevgeniya Haritonova: 25 il bundan əvvəl olduğum Bakıda indi gördüyüm heyrətləndirici inkişafa hər bir Avropa ölkəsi həsəd apara
bilər
İyirmi beş il bundan əvvəl olduğum Bakıda indi gördüyüm heyrətləndirici inkişafa hər bir Avropa ölkəsi həsəd apara bilər.
AzərTAc xəbər verir ki, bu sözləri Azərbaycanda səfərdə olan Bolqarıstanın iqtisadiyyat, enerji və turizm nazirinin müavini xanım Yevgeniya Haritonova iyunun 30-da sənaye və energetika nazirinin müavini Natiq Abbasovla görüşündə demişdir.
Qarşılıqlı əməkdaşlıq məsələlərinin müzakirə olunduğu görüşdə N.Abbasov müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin siyasi iradəsi ilə reallığa çevrilən neft strategiyasının respublikamızın hərtərəfli inkişafına şərait yaratmaqla yanaşı, Avropanın enerji xəritəsini də dəyişdiyini, dövlət başçılarımızın məqsədyönlü siyasəti nəticəsində Bolqarıstanın hazırda ən etibarlı tərəfdaş ölkələrdən birinə çevrildiyini qeyd etmişdir.
Görüşdə energetika sahəsində əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri müzakirə olunmuş, Türkiyə və Azərbaycan arasında bu günlərdə imzalanan Transanadolu Qaz Boru Kəməri üzrə hökumətlərarası müqavilənin Bolqarıstanda razılıqla qarşılandığı, Avropanın giriş qapısı olan Bolqarıstanın Azərbaycan təbii qazının əsas alıcılarından biri olacağına inam ifadə edilmişdir.
Bir sıra regional və beynəlxalq
layihələr barədə hər iki
dövlətin mövqeyinin
yaxınlığı razılıqla diqqətə
çatdırılmış, sənaye və turizm
sektorunda da əməkdaşlığın
genişlənməsi üçün potensial imkanların olduğu
vurğulanmış, bəzi konkret məsələlər
ətrafında fikir mübadiləsi
aparılmışdır.
Azərbaycan.- 2012.- 1 iyul.- S. 5.