Xarici İşlər Nazirliyində Azərbaycan-NATO əməkdaşlığı müzakirə olunmuşdur

 

 Xarici işlər naziri Elmar Məmmədyarov  iyulun 6-da NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya regionu üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay ilə görüşmüşdür.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə Azərbaycan ilə NATO arasında Əfqanıstan məsələsinə dair mövcud əməkdaşlığın inkişaf etdirilməsi yolları müzakirə olunmuşbu ölkədə gedən inkişaf prosesi barədə fikir mübadiləsi aparılmışdır.

Ceyms Appaturay Azərbaycanın Beynəlxalq Təhlükəsizliyə Dəstək Qüvvələrinin işinə verdiyi töhfəni, o cümlədən sülhməramlı əməliyyatlarda fəaliyyətini yüksək qiymətləndirmiş və ölkəmizin beynəlxalq arenada nüfuzunun artmasından danışmışdır.

 

 

Azərbaycan.- 2012.- 7 iyul.- S. 4.