Azərbaycan Diplomatik Akademiyası ilə Braziliyanın Rio Branko İnstitutu
arasında əməkdaşlığın perspektivləri
müzakirə olunmuşdur
Azərbaycanın Braziliyadakı səfiri Elnur Sultanov bu ölkənin Xarici İşlər Nazirliyinin Rio Branko İnstitutunun (Diplomatik Akademiya) rektoru, səfir Jorjes Lamazyer ilə görüşmüşdür.
Səfirlikdən AzərTAc-a bildirmişlər ki, görüşdə Azərbaycan-Braziliya əlaqələrinin inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanmış, Azərbaycan Diplomatik Akademiyası ilə Rio Branko İnstitutu arasında əməkdaşlığın perspektivləri, o cümlədən tələbə mübadiləsi və akademik xarakterli tədbirlərin keçirilməsi imkanları müzakirə olunmuşdur.
Səfir E.Sultanov J.Lamazyerə Azərbaycanın xarici siyasətinin əsas istiqamətləri, regional proseslərdə oynadığı aparıcı rolu və ölkəmizdə keçirilən beynəlxalq əhəmiyyətli tədbirlər barədə məlumat vermişdir.
Tərəflər qarşılıqlı əməkdaşlığın
səmərəli nəticələr verəcəyinə ümidvar olduqlarını bildirmişlər.
Azərbaycan.- 2012.- 7 iyul.- S. 5.