Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın növbəti iclası keçirilmişdir

 

 İyulun 6-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın növbəti iclası keçirilmişdir.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirmişlər ki, iclasda nazirliyin struktur bölmələrinin və ictimai şuraya üzv olan qeyri-hökumət təşkilatlarının rəhbərləri iştirak etmişlər.

Tədbiri açan nazir Füzuli Ələkbərov şuranın ötən müddətdə uğurla fəaliyyət göstərdiyini və artıq nazirliklə vətəndaş cəmiyyətləri arasında əməkdaşlıq sahəsində müsbət təcrübənin formalaşdığını vurğulamışdır. O bildirmişdir ki, sosial müdafiə tədbirlərinin təşkili və digər istiqamətlərdə şurada təmsil olunan vətəndaş cəmiyyəti institutları ilə birgə mühüm işlər görülmüşdür.

İclasda son bir neçə ay ərzində sosial təminat sahəsində görülən işlər, aztəminatlı ailələrin fəal sosial yardım proqramlarına cəlb olunması və bu istiqamətdə nazirlik nəzdində Sosial Dəstək Fondunun yaradılması və digər məsələlər müzakirə olunmuş, təkliflər səsləndirilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 7 iyul.- S. 6.