Kemal Tamer: Bir millətin dövlətləri olaraq biz idman
sahəsində əməkdaşlığımızın daha da genişlənməsində
maraqlıyıq
Bir millətin dövlətləri olaraq biz idman sahəsində əməkdaşlığımızın daha da genişlənməsində maraqlıyıq.
Bu sözləri Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə iyulun 6-da Bakıda türkdilli dövlətlərin universitetlərinin idman federasiyaları prezidentlərinin toplantısında iştirak edən Türkdilli Dövlətlərin Universitetlərinin İdman Federasiyasının prezidenti Kemal Tamer AzərTAc-a müsahibəsində söyləmişdir.
K.Tamer bildirmişdir ki, Bakıda olmağımızdan çox məmnunuq. Bu önəmli mərasimi təşkil etdiyinə görə Azərbaycanın Gənclər və İdman Nazirliyinə təşəkkürümü bildirirəm. İstərdim ki, bizim iş birliyimiz idman sahəsində də davam etsin, gənclərimiz arasında əlaqələr daha da genişlənsin.
Biz bu gün
Bakıda türkdilli dövlətlərin
universitetlərinin idman federasiyaları
prezidentlərinin toplantısında bir araya gəlmişik. İki
il əvvəl - 2010-cu ilin
martında Ankarada türkdilli
ölkələrin universitetlərinin idman
federasiyalarının nümayəndələri ilə birgə
toplantı keçirmişdik. Bu toplantıda Türkdilli
Dövlətlərin Universitetlərinin İdman
Federasiyasının yaradılması barədə qərar qəbul
olunmuşdu. Federasiyanın
yaradılmasının məqsədi isə eyni
millətin dövlətlərinin gənclərinin bir-birini tanıması və idman
sayəsində önəmli təşkilat yaratmaq
idi. Bu il
federasiyanın ikinci toplantısını
Türkiyədə keçirmək niyyətindəyik.
Azərbaycan.- 2012.- 7 iyul.- S. 6.