E.Ç.Azayevə
ikinci dərəcəli fövqəladə
və səlahiyyətli elçi diplomatik rütbəsi verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:
1. Elxan Çərkəz oğlu Azayevə ikinci dərəcəli
fövqəladə və səlahiyyətli elçi
diplomatik rütbəsi verilsin.
2. Bu
sərəncam imzalandığı gündən qüvvəyə
minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 7 iyul
2012-ci il
Azərbaycan.- 2012.- 8 iyul.- S. 1.