P.X.Mirzəzadəyə
fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verilməsi haqqında
Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər
tutaraq qərara alıram:
1. Pərvin
Xəyyam oğlu Mirzəzadəyə fövqəladə və
səlahiyyətli səfir diplomatik rütbəsi verilsin.
2. Bu
sərəncam imzalandığı gündən qüvvəyə
minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 6 iyul
2012-ci il
Azərbaycan.- 2012.- 8 iyul.- S. 1.