Qaçqınlara
dövlət qayğısı
1 iyul 2004-cü ildə Prezident
İlham Əliyev "Qaçqınların və məcburi
köçkünlərin yaşayış şəraitinin
yaxşılaşdırılması və məşğulluğunun
artırılması üzrə Dövlət
Proqramı"nı təsdiq edib
Dövlət
başçısı İlham Əliyevin 1 iyul 2004-cü il
298 saylı sərəncamı ilə təsdiq olunan "Bərpa
və Repatriasiya (Böyük Qayıdış)
Proqramı"nın fəaliyyətə başlamasından 8
il ötür. Dövlət proqramında "Böyük
Repatriasiya (Böyük Qayıdış)
proqramı"nın Azərbaycan hökuməti və beynəlxalq
maliyyə qurumları, BMT agentlikləri, beynəlxalq, yerli
humanitar və onların təsis etdikləri inkişaf təşkilatları
ilə birgə hazırlanması nəzərdə
tutulmuşdur.
Bu, həm
işğal olunmuş ərazilərə dəymiş
ziyanın dəqiq hesablanmasına, həm ərazilər
işğaldan azad ediləndən dərhal sonra bərpa və
yenidənqurma işlərinə başlamağa imkan verəcək,
həm də beynəlxalq maliyyə qurumlarında və təşkilatlarda
tərtib olunmuş proqramın düzgünlüyünə
inam yaradacaqdır. Hazırda beynəlxalq maliyyə
qurumları, BMT agentlikləri, beynəlxalq humanitar təşkilatlarla
birlikdə "Böyük Repatriasiya (Böyük
Qayıdış)" proqramının layihəsinin
hazırlanması üzərində iş aparılır.
Artıq 32 dövlət orqanından və 14 beynəlxalq təşkilatdan
müvafiq təkliflər alınmışdır.
"Qaçqınların
və məcburi köçkünlərin yaşayış
şəraitinin yaxşılaşdırılması və məşğulluğunun
artırılması üzrə Dövlət
Proqramı"nın təsdiq edilməsi haqqında" Azərbaycan
Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli
sərəncamının icrası ilə əlaqədar Azərbaycan
Respublikası Nazirlər Kabinetinin tədbirlər planı da
işlənib hazırlanmışdır.
Bunlar
son illər müstəqil Azərbaycan Respublikası sürətli
inkişaf yoluna çıxaraq regionda lider dövlətə
çevrilməsi şəraitində baş verir. Söz yox
ki, qazanılan nailiyyətlər uzun illər aparılan
düşünülmüş iqtisadi siyasətin, davamlı
islahatların nəticəsində mümkün olmuşdur.
Azərbaycan
müharibə şəraitində yaşayır, bir milyondan
çox qaçqın və məcburi köçkün
öz ata-baba yurdlarını tərk edib. Onlardan 250 mini
1988-1992-ci illərdə Ermənistandan qovulmuş azərbaycanlılar,
50 mini 1992-ci ildə Özbəkistandan Fərqanə hadisələri
zamanı çıxarılmış Axıska türkləri,
eləcə də Əfqanıstan, Fələstin, İraq və
digər münaqişələrin alovlandığı
regionlardan ölkəmizə pənah gətirən insanlar, 600
minə qədəri isə Azərbaycanın işğal
olunmuş rayonlarından zorla çıxarılan məcburi
köçkünlərdir. Ermənistan silahlı qüvvələrinin
ölkəmizə hərbi təcavüzü nəticəsində
torpaqlarımızın 20 faizi - Dağlıq Qarabağ, eləcə
də ona bitişik olan 7 rayonun ərazisi işğal
altında qalmaqdadır. BMT Təhlükəsizlik
Şurası 1993-cü ildə bu münaqişənin sülh
yolu ilə həlli, işğal olunmuş ərazilərin
azad edilməsi, qaçqın və məcburi
köçkünlərin doğma yurdlarına
qaytarılması haqqında 822, 853, 874, 884 nömrəli qətnamələr
qəbul etsə də, Ermənistan indiyə kimi bu sənədlərin heç birinə əməl etməyib.
Azərbaycan
dövləti buna baxmayaraq məcburi köçkünlərin
həyat şəraitinin yaxşılaşdırılması
istiqamətində konkret tədbirlər həyata keçirməkdədir.
Bu məqsədlə son 20 ildə qaçqın və məcburi
köçkünlərə 4,8 milyard dollar vəsait sərf
olunub. Bunun 2,6 milyard dolları büdcə vəsaiti, 1 milyard
dolları Dövlət Neft Fondunun vəsaiti, 900 milyon
dolları isə beynəlxalq humanitar təşkilatların vəsaitidir.
İlk vaxtlar beynəlxalq təşkilatların yardımı
öz təsirini göstərdisə, bu gün Azərbaycan
hökuməti artıq öz vəsati hesabına
qaçqın və məcburi köçkünlərin
bütün sosial problemlərini tam həll etmək
gücündədir.
Azərbaycanda
bütün çadır şəhərcikləri ləğv
olunaraq əvəzində
müasir tələblərə cavab verən, hər
cür infrastruktura malik 71 qəsəbə tikilib istifadəyə
verilib. Keçən il bütün kommunal xərcləri (qaz,
su, işıq və s.), eləcə də
qaçqın-köçkün ömrü yaşayan tələbələrin
təhsil haqları ödənilməklə dövlət tərəfindən
xeyli vəsait xərclənib. Buna baxmayaraq, qaçqın və
məcburi köçkünlərin beynəlxalq qurumlarla
ünsiyyət qurması, xarici mütəxəssislərin
ölkəmizlə tanışlıq imkanı və
çoxtərəfli inteqrasiya prosesləri baxımından Azərbaycan
hökuməti beynəlxalq donorların fəaliyyətini hələ
də əlverişli hesab edir. Qaçqınların və məcburi
köçkünlərin sosial vəziyyətinin
yaxşılaşdırılmasına xüsusi diqqət
göstərən Azərbaycan hökuməti bu sahədə
beynəlxalq və yerli qurumlarla yaxından əməkdaşlıq
edir. Qaçqın və məcburi köçkünlərin
yaşayış yerləri, onların sosial problemlərinin həlli
istiqamətində görülən işlər onlar öz
doğma yurd-yuvalarına qayıdacaqları günə kimi, eləcə
də ondan sonra da davam edəcəkdir.
Hələ
o illərdə ölkədə iqtisadi problemlərin
mövcudluğuna baxmayaraq, yaranan hər bir cüzi iqtisadi
imkanı ulu öndər ilk növbədə qaçqın və
məcburi köçkünlərin sosial
qayğılarının həllinə yönəltməyə
çalışırdı. Məhz onda aparılan uğurlu xarici siyasət sayəsində
beynəlxalq ictimaiyyətdə bu problemə olan münasibət
Azərbaycan həqiqətlərinə uyğun olaraq dəyişdi
və problemin əsl mahiyyəti düzgün dərk edilməyə
başlandı. Azərbaycan tədricən öz mövqeyini möhkəmlətdi.
Məhz
bu diqqət və qayğının nəticəsi olaraq
qaçqın və məcburi köçkünlərin həyat
səviyyəsi, yaşayış şəraiti getdikcə
yaxşılaşdı. Çadır şəhərcikləri
tədricən ləğv edilərək hər cür
infrastruktura malik yeni qəsəbələr salınmağa
başlandı. Azərbaycan Prezidentinin 17 sentyabr 1998-ci il
tarixli sərəncamına əsasən
"Qaçqınların və məcburi
köçkünlərin problemlərinin həlli üzrə
uzunmüddətli Dövlət Proqramı" təsdiq edildi.
Ümumiyyətlə, 1993-2003-cü illərdə
qaçqınların və məcburi köçkünlərin
sosial müdafiəsi ilə əlaqədar beynəlxalq
normalara uyğun tam hüquqi baza yaradıldı. Ölkə
Prezidenti tərəfindən fərmanlar və sərəncamlar
imzalandı. Qaçqınların və məcburi
köçkünlərin sosial problemlərinin operativ həlli
və problemin vahid mərkəzdən idarə olunması məqsədi
ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin
strukturunda Baş nazirin müavini, Qaçqınların və
Məcburi Köçkünlərin İşləri üzrə
Dövlət Komitəsinin sədri vəzifəsi təsis
edildi.
Ulu
öndərin siyasi kursunun ləyaqətli
davamçısı Prezident İlham Əliyevin hakimiyyəti
illərində isə məcburi köçkünlərin
sosial vəziyyəti ildən-ilə
yaxşılaşmaqdadır. Hələ ümummilli lider Heydər
Əliyevin 6 dekabr 1999-cu il tarixli fərmanı ilə
yaradılan MKSİF-in əsas məqsədi də məcburi
köçkünlərin mənzil-məişət şəraitinin
yaxşılaşdırılmasına, onlar üçün
iş yerlərinin açılmasını təmin edən tədbirlərin
həyata keçirilməsinə kömək etməkdən
ibarət idi. Onun maliyyələşməsinə dövlət
büdcəsindən ayırmalar, Azərbaycan
Respublikasının Dövlət Neft Fondu və Dövlət
Neft Şirkəti, Dünya Bankı, İslam İnkişaf
Bankı, Yaponiya Sosial İnkişaf Fondu və digər donorlar
daxildir.
Azərbaycan
Prezidentinin 2004-cü il 1 iyul tarixli sərəncamı ilə
"Qaçqınların və məcburi
köçkünlərin yaşayış şəraitinin
yaxşılaşdırılması və məşğulluğunun
artırılması üzrə Dövlət Proqramı"
təsdiq edildikdən sonra məcburi köçkünlər
üçün nəzərdə tutulmuş yeni qəsəbələrin
layihələndirilməsinə və tikintisinə start
verildi. Proqrama əsasən, 2005-2007-ci illərdə Ağdam,
Ağcabədi, Biləsuvar, Füzuli və Sabirabad
rayonlarının ərazilərində 26 qəsəbə
salındı və bu qəsəbələrdə 8 mindən
artıq ev tikilb istifadəyə verildi. 2007-ci ilin sonunda
ölkəmizdə son çadır düşərgələri
tamamilə ləğv olundu və beləliklə, dövlət
proqramı tam həyata keçirildi.
Ancaq
hələ də mənzil-məişət şəraitinin
yaxşılaşdırılmasına ehtiyacı olan yüz
minlərlə məcburi köçkünün olduğunu nəzərə
alaraq onların yaşayış şəraitinin
yaxşılaşdırılması ilə bağlı Azərbaycan
Prezidentinin 2007-ci il 31 oktyabr tarixli sərəncamı ilə
"Qaçqınların və məcburi
köçkünlərin yaşayış şəraitinin
yaxşılaşdırılması və məşğulluğunun
artırılması üzrə Dövlət
Proqramı"na əlavələr təsdiq edilmişdir.
Bu
proqrama uyğun olaraq 2008-ci ildə Xocavənd rayonundan olan məcburi
köçkünlər üçün Beyləqan rayonunun ərazisində
500 ailəlik bir, Xocalı rayonundan olan məcburi
köçkünlər üçün isə Goranboy
rayonunun ərazisində 500 ailəlik 4 yeni yaşayış qəsəbəsinin
tikintisi başa çatdırılıbdır. Goranboy
rayonunun "Gülüstan" adlanan hissəsində,
Yuxarı Ağcakənd kəndinin ərazisində tikilən
120 ailəlik yeni qəsəbənin tikintisi isə 2009-cu ildə
başa çatdırılıb. Qəbələ rayonunda 155
mənzillik 2 ədəd 5 mərtəbəli, Bakı şəhərində
369 mənzillik 6 ədəd 9 mərtəbəli
yaşayış binalarının, Göygöl rayonunda isə
həyətyanı sahələri olan 26 ədəd fərdi
evin tikintisi də artıq
başa çatıbdır. 2009-cu ilin yayında Goranboy
rayonunda fin tipli evlərdən ibarət düşərgədə
müvəqqəti məskunlaşmış 596 məcburi
köçkün ailəsi üçün həmin rayonunun ərazisində
yeni qəsəbə salınmışdır.
Dövlət
proqramına əlavələrdə 15 fin tipli qəsəbədə
müvəqqəti məskunlaşmış 6227 məcburi
köçkün ailələri və respublika üzrə məktəb
binalarındakı 2768 köçkün ailələri
üçün yeni qəsəbələrin salınması
və ya hündürmərtəbəli yaşayış
binalarının, fərdi evlərin tikintisi nəzərdə
tutulurdu. Artıq Yevlax rayonu ərazisində 612 məcburi
köçkün ailəsi üçün çoxmərtəbəli
binalardan ibarət məhəllənin inşası başa
çatmış, Azərbaycan Respublikası Prezidentinin
iştirakı ilə 10 noyabr 2010-cu ildə məhəllənin
açılışı olmuşdur. Bakı, Naftalan, Bərdə, Mingəçevir
və Şəki şəhərlərində,
Abşeron, Qəbələ,
Ağdam və Ağcabədi rayonlarında da bu istiqamətdə
işlər görülməkdədir.
Ancaq
hamı yaxşı bilir ki, bütün bu qəsəbələr,
şəhərciklər məcburi köçkünlərimiz
üçün müvəqqəti ünvandır. Dövlət
başçısının sözləri ilə desək:
"Qaçqın və məcburi köçkün
soydaşlarımızın problemləri bizim
üçün həmişə gündəlikdə bir
nömrəli problemdir. Bizim qarşımızda duran ən
vacib, ən önəmli məsələ Azərbaycan
torpaqlarının işğalçı qüvvələrdən
təmizlənməsi, soydaşlarımızın,
qaçqın-köçkünlərimizin öz doğma
torpaqlarına qayıtmasıdır. Bizim qarşımızda duran
bundan daha önəmli vəzifə yoxdur. Çünki
bütün başqa məsələlər öz həllini
tapır və tapacaqdır.
...7
rayon qeyd-şərtsiz qaytarılmalıdır, eyni zamanda, azərbaycanlılar
Dağlıq Qarabağa, o cümlədən Şuşaya
qayıtmalıdırlar".
Bəxtiyar QARACA
Azərbaycan.- 2012.- 1 iyul.- S. 6.