Rusiya Federasiyasının Prezidenti
zati-aliləri cənab
Vladimir Putinə
Hörmətli Vladimir Vladimiroviç!
Krasnodar diyarında daşqınlar
nəticəsində çoxsaylı
insan tələfatı
barədə xəbər
məni dərindən
sarsıtdı.
Sizə,
həlak olanların doğmalarına və yaxınlarına, bütün
dost Rusiya xalqına Azərbaycan xalqı adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı
verirəm.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 7 iyul 2012-ci il
Azərbaycan.- 2012.- 8 iyul.- S. 1.