Rusiya Federasiyası Dövlət Dumasının sədri Azərbaycana rəsmi səfərə gəlmişdir

 

 Rusiya Federasiyası Dövlət Dumasının sədri Sergey Narışkin iyulun 7-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlmişdir.

AzərTAc xəbər verir ki, Rusiya Federasiyasının və Azərbaycan Respublikasının dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Rusiya Federasiyası Dövlət Dumasının sədri Sergey Narışkini Azərbaycan Respublikası Milli Məclisinin Sədri Oqtay Əsədov və digər rəsmi şəxslər qarşıladılar.

Sonra Beynəlxalq Aeroportun ali qonaqlar üçün salonunda Sergey Narışkin və Oqtay Əsədov arasında qısa protokol söhbəti oldu.

Səfərin məqsədi Azərbaycanın və Rusiyanın qanunverici orqanları arasında və digər sahələrdə əlaqələrin inkişafına dair məsləhətləşmələr aparmaqdır.

Səfər çərçivəsində S.Narışkinin Azərbaycan rəsmiləri ilə bir sıra görüşləri nəzərdə tutulmuşdur.

 

 

Azərbaycan.- 2012.- 8 iyul.- S. 2.