ARDNŞ-nin “Nanotexnologiyalar” Elmi-İstehsalat Mərkəzində
görülmüş işlərin təqdimatı
keçirilmişdir
ARDNŞ rəhbərliyinin, şirkətin istehsalat birliklərinin, baş ofisinin aparıcı mütəxəssislərinin iştirakı ilə "Nanotexnologiyalar" Elmi-İstehsalat Mərkəzində görülmüş işlər və Almaniya mütəxəssisləri ilə birlikdə həyata keçirilməsi nəzərdə tutulan layihələrin təqdimatı olmuşdur.
AzərTAc xəbər verir ki, ARDNŞ prezidenti Rövnəq Abdullayev Almaniyanın Şimali Reyn-Vestfaliya Vilayəti İqtisadiyyat və Energetika Nazirliyini, Dortmund Sənaye və Ticarət Palatasını, habelə Azərbaycan-Almaniya İqtisadi İttifaqını təmsil edən qonaqları salamlamış, şirkətin "Nanotexnologiyalar" Elmi-İstehsalat Mərkəzi ilə əməkdaşlığının genişlənməsi üçün böyük perspektivlər olduğunu diqqətə çatdırmışdır.
Sonra "Nanotexnologiyalar"
Elmi-İstehsalat Mərkəzinin fəaliyyəti
haqqında film nümayiş
etdirilmişdir. Mərkəzin
direktoru, professor Eldar Şahbazov və
aparıcı mütəxəssislərinin slaydlarla
müşayiət olunmuş təqdimatında
həyata keçirdiyi "Nanoneft" proqramının 4 əsas tərkib
hissəsi - nanotexnologiyaların neft və
qazın hasilatında, qazmada, neft kimyası və ekologiya
sahələrində tədqiqi və tətbiqi haqqında
məlumat verilmişdir. Qeyd
olunmuşdur ki,
ARDNŞ və Almaniyanın Şimali Reyn-Vestfaliya Vilayəti İqtisadiyyat
və Energetika Nazirliyi
arasında imzalanmış Anlaşma Memorandumu çərçivəsində də
perspektivli layihələr işlənib
hazırlanmış və həyata keçirilməyə
başlanılmışdır. Almaniyanın Şimali Reyn-Vestfaliya Vilayəti
İqtisadiyyat və Energetika
Nazirliyinin Sərmayələr Agentliyinin Şərqi Avropa
və MDB dövlətləri üzrə aparıcı mütəxəssisi
Yelena Matekina, vilayətin
nanoklsater mərkəzinin rəhbəri Harald Kremer, Dortmund Sənaye və Ticarət
Palatasının İqtisadi Maraqlar İnstitutunun baş meneceri Vulf Kristian Erik,
Dortmund Nanotexnologiyalar Mərkəzinin direktoru,
doktor Tomas Rixter və Azərbaycan-Almaniya İqtisadi
İttifaqının icraçı direktoru
Florian Şlöder ARDNŞ-nin "Nanotexnologiyalar"
Elmi-İstehsalat Mərkəzi ilə Avropa İttifaqı ölkələrinə nanotexnoloji sistemlərin işlənilməsi və
satışının təşkili istiqamətində əməkdaşlıq
imkanlarından danışmışlar.
Azərbaycan.- 2012.- 7 iyul.- S. 3.