2012-ci il mayın 10-da Bakı şəhərində imzalanmış Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında arxiv işi sahəsində əməkdaşlıq Protokolunun təsdiq edilməsi haqqında

 

 Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

 

1. 2012-ci il mayın 10-da Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında arxiv işi sahəsində əməkdaşlıq Protokolu" təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi bu fərmanın 1-ci hissəsində göstərilən Protokolun müddəalarının həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həmin protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə Respublikası Hökumətini xəbərdar etsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 6 iyul 2012-ci il

 

Azərbaycan.- 2012.- 7 iyul.- S. 2.