M.Y.Şvıdkoyun Dostluq ordeni ilə təltif edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında mədəni əlaqələrin möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə Mixail Yefimoviç Şvıdkoy "Dostluq" ordeni ilə təltif edilsin.                                                

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 5 iyul 2012-ci il

 

Azərbaycan.- 2012.- 10 iyul.- S. 1.