Asiya İnkişaf Bankı məcburi köçürülmə ilə bağlı texniki yardım göstərməyə başlamışdır

 

Asiya İnkişaf Bankı (AİB) Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrinə məcburi köçürülmə ilə bağlı texniki yardım göstərməyə başlamışdır.

AİB-in Bakı ofisindən AzərTAc-a bildirmişlər ki, yardımın əsas məqsədi məcburi köçürülmədə AİB və yerli idarəetmə metodları arasında boşluğu ayırd etmək, məcburi köçürülmənin planlaşdırılması və həyata keçirilməsində praktiki metodlar hazırlamaqdır. Daha yaxşı hazırlanmış plan və onun icrası ilə hökumət məcburi köçürülmə işini daha effektli apara və köçürülməyə məruz qalmış insanları daha ədalətli kompensasiya ilə təchiz edə bilər.

Məcburi köçürülməyə nəzarət 2011-ci il fevralın 15-də Azərbaycan Prezidenti İlham Əliyevin fərmanına əsasən, Maliyyə Nazirliyinə təhkim olunmuşdur. Nazirlik Texniki Yardım üçün əlaqələndirici təşkilat kimi fəaliyyət göstərmək barədə razılıq vermişdir. Bu həm nazirliyin, həm də layihənin icraedici təşkilatlarının ictimai maraq üçün istifadə olunan torpaq qiymətləndirilməsi və məcburi köçürülmə işinin idarə olunması potensialını gücləndirəcəkdir.

Texniki Yardım 2013-cü ilin fevralında başa çatacaqdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 1 iyul.- S. 6.