Azərbaycan Prezidenti İlham Əliyev İtaliyanın xarici işlər nazirinin müavini xanım Marta Dassuniqtisadi inkişaf nazirinin müavini Klaudio De Vinsentinin başçılıq etdikləri nümayəndə heyətini qəbul etmişdir

 

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 9-da İtaliya Respublikasının xarici işlər nazirinin müavini xanım Marta Dassuniqtisadi inkişaf nazirinin müavini Klaudio De Vinsentinin başçılıq etdikləri nümayəndə heyətini qəbul etmişdir.

Görüşdə Azərbaycan ilə İtaliya arasında siyasi, iqtisadi və mədəni sahələrdə əlaqələrin qarşılıqlı hörmət və maraq çərçivəsində inkişafından məmnunluq ifadə olundu, münasibətlərin daha da genişləndirilməsi üçün qarşıda duran vəzifələrin müzakirəsi baxımından səfərin önəmi qeyd edildi, Azərbaycan-İtaliya və Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 10 iyul.- S. 2.