Yeni Azərbaycan Partiyası Gənclər
Birliyinin Oğuz rayonunda “Yay
məktəbi”nin
yeni layihəsi başlanmışdır
Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin Oğuz rayonunda "Yay məktəbi"nin yeni layihəsi başlanmışdır. Layihə gənclərin asudə vaxtlarını səmərəli keçirmələrinə, bir-biri ilə ünsiyyət qurmalarına və məlumatlarını artırmağa xidmət edir. Bunun üçün intellektual və əyləncəli yarışlar, idman oyunları ilə yanaşı, müxtəlif mövzularda diskussiyalar da təşkil olunur.
AzərTAc xəbər verir
ki, növbəti diskussiya
Prezident Administrasiyasının İctimai-siyasi məsələlər
şöbəsinin müdiri Əli Həsənovun
iştirakı ilə keçirilmişdir.
Əli Həsənov bildirmişdir:
"Görüşdə əsas mövzu
"Heydər Əliyev və Azərbaycan gəncliyi" olmuşdur. Biz ümummilli liderin
həyatından, fəaliyyətindən, onun
Azərbaycan gəncliyi ilə bağlı tövsiyələrindən,
gənclərimizi necə görmək istəyindən
danışdıq, Azərbaycan gəncliyinin vətənpərvərliyi,
dilimizi, mədəniyyətimizi, adət-ənənələrimizi
bilmələri, bəşəri dəyərləri
mənimsəmələri və inkişaf
etdirmələri, Vətəni sevmələri, iradəli, dünyagörüşlü, xalqına layiqli övladlar kimi böyümələri ilə bağlı məsələlər
ətrafında diskussiyalar apardıq".
Azərbaycan.- 2012.- 10 iyul.- S. 3.