Rusiya Federasiyası Dövlət Dumasının sədri ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etmişdir

 

 Ölkəmizdə rəsmi səfərdə olan Rusiya Federasiyası Dövlət Dumasının sədri Sergey Narışkinin başçılıq  etdiyi nümayəndə heyəti iyulun 9-da Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşdur.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunmuş, məzarı üzərinə güllər düzülmüşdür.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 10 iyul.- S. 3.