Azərbaycan ilə
İtaliya arasında əməkdaşlığın
inkişaf perspektivləri müzakirə olunmuşdur
İyulun 9-da Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İtaliyanın xarici işlər nazirinin müavini xanım Marta Dassun və iqtisadi inkişaf nazirinin müavini Klaudio De Vinsenti ilə görüşmüşdür.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə Azərbaycan ilə İtaliya arasında münasibətlərin müxtəlif istiqamətləri, Cənubi Qafqaz və Yaxın Şərq regionlarında cərəyan edən proseslər, eləcə də regional enerji layihələri müzakirə edilmişdir. E.Məmmədyarov Azərbaycan ilə Türkiyə arasında imzalanmış Trans-Anadolu Qaz Kəməri (TANAP) layihəsi üzrə sazişin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli addım olduğunu vurğulamışdır.
Tərəflər həmçinin
ölkələrimiz arasında iqtisadi
münasibətlərin inkişafı və əməkdaşlığın
genişləndirilməsi məqsədilə biznes
forumların və qarşılıqlı səfərlərin
sayının artırılmasının vacibliyini
qeyd etmişlər.
Azərbaycan.- 2012.- 10 iyul.- S. 4.