Azərbaycan ilə İtaliya arasında neft-qaz və energetika sektorunda əməkdaşlıq əlaqələri müzakirə olunmuşdur

 

 İyulun 9-da Azərbaycanın Sənaye və Energetika Nazirliyində İtaliya xarici işlər nazirinin müavini Marta Dassun və iqtisadi inkişaf nazirinin müavini Klaudio de Vinsentinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilmişdir.

Sənaye və Energetika Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, nazir Natiq Əliyevlə keçirilən görüşdə İtaliya-Azərbaycan əməkdaşlığının perspektivləri, xüsusən neft-qaz və energetika sektorunda əlaqələrlə bağlı müzakirələr aparılmışdır. N.Əliyev Azərbaycanın energetika sektorunda həyata keçirilən layihələr barədə məlumat verərək bildirmişdir ki, Azərbaycan gələcəkdə də Avropa İttifaqı ilə enerji təhlükəsizliyi sahəsində əməkdaşlıqda maraqlıdır.

Görüşdə xüsusilə son vaxtlar gündəmdə olan Trans-Anadolu təbii qaz boru xətti layihəsi ilə bağlı müzakirələr aparılmış, "Transxəzər" layihəsinə və qarşılıqlı maraq doğuran digər məsələlərə də toxunulmuşdur.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 10 iyul.- S. 4.