Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir
İyulun 9-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilmişdir. MSK-nın mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, gündəliyin təsdiqindən sonra Komissiyanın 30 may 2012-cu il tarixli iclas protokolu təsdiq edilmişdir.
Gündəlikdə duran növbəti məsələ ilə əlaqədar "Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası tərəfindən normativ xarakterli aktların hazırlanması və qəbul edilməsi qaydaları"na dəyişiklik olunmasına dair təklif dinlənilmiş və təsdiq edilmişdir.
İclasda bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi məsələsinə də baxılmışdır. MSK 9 saylı Binəqədi ikinci , 80 saylı İmişli-Beyləqan, 82 saylı Ağcabədi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər etmişdir. MSK-nın iclasında cari məsələlərə də baxılmışdır.
İclasda kütləvi informasiya vasitələrinin nümayəndələri
iştirak etmişlər.
Azərbaycan.- 2012.- 10 iyul.- S. 5.