“Azərbaycan Respublikası Mərkəzi
Seçki Komissiyası tərəfindən
normativ xarakterli
aktların hazırlanması və qəbul edilməsi
qaydaları”na dəyişiklik
edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi
Seçki Komissiyasının Qərarı
Qərar ¹3/10
Azərbaycan
Respublikası Mərkəzi Seçki Komissiyasının 9
dekabr 2011-ci il tarixli 15/50 nömrəli Qərarı ilə
"Azərbaycan Respublikası Mərkəzi Seçki
Komissiyası tərəfindən normativ xarakterli aktların
hazırlanması və qəbul edilməsi Qaydaları" təsdiq
edilmişdir.
Həmin
Qaydaların 3.3-cü bəndi "Normativ-hüquqi aktlar
haqqında Azərbaycan Respublikasının Konstitusiya
Qanunu"na və "Hüquqi aktların Azərbycan
Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə
daxil edilməsi Qaydaları haqqında Əsasnamə"yə
uyğunlaşdırılmalıdır.
Azərbaycan
Respublikası Mərkəzi Seçki Komissiyası yuxarıda
qeyd edilənləri əsas götürərək, Azərbaycan
Respublikası Seçki Məcəlləsinin 19.4-cü,
19.14-cü və 28.2-ci maddələrinə uyğun olaraq qərara
alır:
1.
"Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası
tərəfindən normativ xarakterli aktların
hazırlanması və qəbul edilməsi
Qaydaları"nın 3.3-cü bəndi
aşağıdakı redaksiyada verilsin:
"Komissiyanın
aktları, həmin aktlarda onların qüvvəyə minməsinin
daha gec müddəti nəzərdə tutulmadıqda, Dövlət
Reyestrinin elektron variantında dərc edildiyi gündən
qüvvəyə minir".
2. Həmin
dəyişiklik Hüquqi Aktların Dövlət Reyestrinə
daxil edilməsi üçün Azərbaycan
Respublikasının Ədliyyə Nazirliyinə göndərilsin.
Sədr Məzahir Pənahov
Katib
Arifə Muxtarova
Katib
Mikayıl Rəhimov
Azərbaycan.- 2012.- 10 iyul.- S. 5.