Jan-Pol Karteron: Azərbaycan
beynəlxalq əməkdaşlıqda get-gedə daha böyük rol oynayacaqdır
Azərbaycan çox qısa bir müddətdə "Cənub-Cənub əməkdaşlığı"nın mərkəzinə çevrilmişdir. Yəni o dünyanın gələcəyini təşkil edən ölkələrin sırasına daxil olmuşdur. Cənub-Şimal əməkdaşlığı artıq tükənmişdir. Çünki şimal ölkələri cənub ölkələrindən çox sui-istifadə etmişlər. Bu gün cənub ölkələrinin geniş potensialı vardır. Onlar artıq çox güclüdürlər.
Bu sözləri AzərTAc-a məxsusi müsahibəsində Krans Montana Forumunun təsisçisi və prezidenti, səfir Jan Pol Karteron demişdir.
Məncə, bu
gün cənub ölkələri elə bir əməkdaşlıq qura
bilərlər ki, bu, onlara layiqincə inkişaf
etməyə imkan verər, - deyən Jan Pol Karteron
burada xüsusilə Azərbaycanın rolunun böyük olduğunu vurğulamışdır. Krans Montana forumunun
təsisçisi demişdir: "Biz bunun Prezident
İlham Əliyevin simasında təsdiqini
gördük. Azərbaycan dövlətinin
başçısı forumun
açılış mərasimindəki nitqi ilə də
bunu tam təsdiq etmişdir. Prezident İlham
Əliyev mövcud
vəziyyəti bir çox
ölkələrin rəhbərlərində olmayan
böyük məharətlə izah etmişdir. Azərbaycan
Prezidenti çox səriştəli
rəhbərdir. Mənim dediklərim kompliment
deyil, bu, həqiqətdir. Prezident İlham Əliyevin və birinci xanım Mehriban
Əliyevanın ölkənin inkişafı naminə
gördükləri işlər və bunun
sayəsində əldə olunmuş
nailiyyətlər yalnız onu deməyə
əsas verir ki, Azərbaycan
beynəlxalq əməkdaşlıqda get-gedə daha böyük rol oynayacaqdır.
Azərbaycan.- 2012.- 1 iyul.- S. 7.