Qaradağ Metal Konstruksiyalar zavodu istifadəyə verilmişdir

 

Azərbaycan Prezidenti İlham Əliyev açılış mərasimində iştirak etmişdir

 

İyulun 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qaradağ Metal Konstruksiyalar zavodunun açılışında iştirak etmişdir.

İqtisadi inkişaf naziri Şahin Mustafayev dövlət başçısına müəssisənin fəaliyyəti barədə ətraflı məlumat verdi. Bildirildi ki, sahəsi 8 min 600 kvadratmetr olan zavod Bakı şəhərinin onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramına uyğun olaraq, Qaradağ rayonunun Sahil qəsəbəsində 4,5 hektar ərazidə inşa edilmişdir. Zavodun ümumi dəyəri 8,6 milyon manatdır. Bu layihənin icrasına İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən birinci mərhələdə iki milyon manat güzəştli kredit verilmişdir. Gələcəkdə zavodun fəaliyyətinin genişləndirilməsi məqsədi ilə əlavə kredit vəsaitlərinin ayrılması da nəzərdə tutulur. Müəssisənin tikintisinə 2011-ci ilin iyulunda başlanmış bu ilin iyununda sona çatdırılmışdır.

Prezident İlham Əliyev zavodun istehsal prosesindən bəhs edən filmə baxdı.

Azərbaycan Prezidenti müəssisəni işə saldı.

Diqqətə çatdırıldı ki, zavod xarici ölkələrin müasir texnologiyası əsasında qurulmuşdur. Buradakı avadanlıq, eyni zamanda, formaverici, dəlmə, burğu ilə deşmə, plazma kəsici, zolaq kəsici, astarlama rəngləmə əməliyyatlarını həyata keçirmək imkanına malikdir. Metal konstruksiya məhsulları müasir zavod fabriklərin, istehsal emal müəssisələrinin, soyuducu anbar heyvandarlıq komplekslərinin, körpülərin, idman zallarının, çoxmərtəbəli yaşayış binalarının tikintisində geniş istifadə olunur. Elastikliyi davamlılığı betondan dəfələrlə yüksək olan, yığılması qısa müddətdə başa gələn daha az xərc tələb edən metal konstruksiyalar tikinti sektorunun gələcək inkişafına geniş imkanlar açır. Bu zavodun istifadəyə verilməsi ölkədə aparılan geniş tikinti-quruculuq işlərinin bu növ məhsullara tələbatını ödəməklə yanaşı, ixrac potensialının artırılmasına dəstək olacaqdır. İl ərzində 24 min ton metal konstruksiyalar istehsal edəcək zavodda 120 nəfər işlə təmin olunmuşdur.

Vurğulandı ki, gələcəkdə məhsulların çeşidinin istehsalın həcminin artırılması məqsədi ilə əlavə istehsal korpuslarının da inşa olunması nəzərdə tutulur. Layihələndirilən istehsal sahəsi 11 min 970 kvadratmetr təşkil edir.

Yeni müəssisə ilə tanış olan Prezident İlham Əliyev müvafiq tapşırıqlarını verdi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 11 iyul.- S. 2.