Azərbaycan
Prezidenti İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərini
və fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsini
qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 10-da ATƏT-in Minsk qrupunun həmsədrləri Robert Bradtkeni (ABŞ), İqor Popovu (Rusiya), Jak Foru (Fransa) və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul etmişdir.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivləri ilə əlaqədar məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
AzərTAc
Azərbaycan.- 2012.- 11 iyul.- S. 3.