Monqolustanın
Prezidenti zati-aliləri cənab Saxiaqiyn Elbeqdorja
Hörmətli cənab
Prezident!
Monqolustanın milli bayramı - Xalq inqilabı günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan ilə Monqolustan arasındakı ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı və genişlənməsi daim xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Monqolustan xalqına sülh və rifah diləyirəm.
Hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı, 2 iyul
2012-ci il
Azərbaycan.- 2012.- 11 iyul.- S. 3.