Azərbaycan
Prezidenti İlham Əliyev İsveçrənin “Holcim” şirkətinin
baş icraçı direktorunu qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 10-da İsveçrənin "Holcim" şirkətinin baş icraçı direktoru Bernard Fontananı qəbul etmişdir.
Görüşdə İsveçrənin "Holcim" şirkətinin Azərbaycandakı uğurlu fəaliyyəti vurğulandı, şirkətin yüksək texnologiyalar əsasında fəaliyyət göstərəcək "Qaradağ sement" ASC-də yeni zavodun müasir standartlara uyğun şəkildə inşası qeyd olundu, əməkdaşlığımızın genişləndirilməsi ilə bağlı gələcək layihələr barədə fikir mübadiləsi aparıldı.
AzərTAc
Azərbaycan.- 2012.- 11 iyul.- S. 3.