Azərbaycan filmi beynəlxalq festivalın mükafatına layiq görülmüşdür

 

 "İz...Qala" Azərbaycan sənədli filmi ABŞ-ın Filadelfiya şəhərində keçirilmiş "Philadelphia Documentary & Fiction Festival" Beynəlxalq kinofestivalının "Münsiflərin xüsusi xatırlatması" nominasiyasının diplomuna layiq görülmüşdür.

Filmin rejissoru Şamil Əliyev AzərTAc-a bildirmişdir ki, "İz...Qala" filmi etnoqrafik janrda çəkilmişdir və Abşeronun Qala kəndinin qədim tarixindən və zəngin ənənələrindən bəhs edir.

Filmin ssenari müəllifi Nadir Bədəlov, operatoru Elşən Həsənoğlu, rəssamı Rafis İsmayılov, bəstəkarları Elmir Mirzəyev və Rauf Əliyevdir.

Film Heydər Əliyev Fondunun dəstəyi və Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə "Salnamə" studiyasında çəkilmişdir.

 

 

Azərbaycan.- 2012.- 11 iyul.- S. 8.