Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında

 

Azərbaycan Respublikasının Qanunu

 

 Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alır:

 

 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 8, I kitab, maddə 584; 2001, ¹ 1, maddə 24, ¹ 3, maddə 139, ¹ 7, maddə 455, ¹ 11, maddələr 680, 698, ¹ 12, maddə 731; 2002, ¹ 1, maddə 9, ¹ 4, I kitab, maddə 165, ¹ 5, maddələr 234, 237, 239, ¹ 6, maddə 326, ¹ 8, maddə 463, ¹ 12, maddə 692; 2003, ¹ 1, maddələr 3, 13, 23, ¹ 4, maddələr 177, 178, ¹ 5, maddə 228, ¹ 6, maddələr 257, 276, 279, ¹ 8, maddələr 407, 425, ¹ 12, I kitab, maddələr 676, 696, II kitab, maddələr 713, 714; 2004, ¹ 1, maddələr 6, 7, 10, 13, ¹ 4, maddələr 200, 201, 204, ¹ 5, maddələr 313, 314, 317, 321, ¹ 6, maddə 397,  ¹ 8, maddələr 596, 597, ¹ 10, maddələr 762, 779, ¹ 11, maddə 900, ¹ 12, maddə 973; 2005, ¹ 1, maddələr 5, 6, ¹ 2, maddə 61, ¹ 4, maddələr 272, 273, 275, 278, ¹ 6, maddələr 462, 466, ¹ 7, maddə 576, ¹ 8, maddələr 691, 692, ¹ 10, maddələr 875, 877, 904, ¹ 11, maddələr 993, 994, 995, ¹ 12, maddələr 1083, 1085; 2006, ¹ 2, maddələr 64, 68, ¹ 3, maddələr 219, 220, 223, 225,    ¹ 5, maddə 385, ¹ 6, maddə 478, ¹ 11, maddələr 923, 924, 932, ¹ 12, maddələr 1005, 1020, 1024; 2007, ¹ 1, maddələr 3, 4, ¹ 2, maddələr 65, 68, ¹ 5, maddələr 397, 398, 401, 440, ¹ 6, maddələr 560, 561, 562, 579, ¹ 8, maddə 757, ¹ 10, maddələr 935, 936, 938, 940, ¹ 11, maddələr 1048, 1049, 1053, 1070, 1077, 1080, 1089, 1091, ¹ 12, maddələr 1195, 1211, 1217, 1218, 1221; 2008, ¹ 2, maddə 47, ¹ 3, maddələr 146, 152, 159, ¹ 4, maddə 249, ¹ 5, maddə 340, ¹ 6, maddələr 454, 460, 461, 464, ¹ 7, maddələr 601, 602, 605, ¹ 8, maddələr 699, 701, 711, ¹ 10, maddələr 884, 885, ¹ 11, maddələr 956, 957, ¹ 12, maddələr 1045, 1047,1049; 2009, ¹ 2, maddələr 36, 45, 49, 52, 53, ¹ 5, maddələr 309, 315, ¹ 6, maddələr 404, 405, ¹ 7, maddələr 517, 518, 519, ¹ 8, maddə 611, ¹ 12, maddələr 953, 954, 966, 971; 2010, ¹ 2, maddələr 70, 71,  ¹ 3, maddələr 167, 171, 178, ¹ 4, maddələr 275, 276, ¹ 5, maddələr 379, 380, ¹ 6, maddə 483, ¹ 7, maddələr 577, 591, 594, 595, 598, 600, ¹ 10, maddə 838, ¹ 11, maddələr 936, 938, 949, ¹ 12, maddə 1059; 2011, ¹ 02, maddələr 70, 71, ¹ 03, maddələr 162, 164, 168, 170, ¹ 04, maddələr 246, 254, ¹ 6, maddələr 470, 479, 487, ¹ 7, maddələr 596, 614, ¹ 10, maddə 881, ¹ 11, maddə 981, ¹ 12, maddələr 1094, 1095, 1099, 1103, 1106; 2012, ¹ 1, maddə 3, ¹ 2, maddə 50, ¹ 3, maddə 194; Azərbaycan Respublikasının 2012-ci il 14 fevral tarixli 298-IVQD nömrəli və 6 aprel tarixli 322-IVQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:

 

1. 104-cü maddə üzrə:

1.1. maddənin adı aşağıdakı redaksiyada verilsin:

"İstehsalat və məişət tullantıları haqqında qanunvericiliyin pozulması";

1.2. aşağıdakı məzmunda 104.3-cü və 104.4-cü maddələr əlavə edilsin:

"104.3. Məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə -

fiziki şəxslər iyirmi manat miqdarında, vəzifəli şəxslər yüz manat miqdarında, hüquqi şəxslər beş yüz manat miqdarında cərimə edilir.

104.4. Şəhərlərdə və rayon (şəhər rayonları istisna olmaqla) inzibati ərazi vahidlərinin inzibati mərkəzlərində tutumların (urnaların) yerləşdirilməsi zamanı qanunvericiliklə müəyyən edilmiş məsafənin nəzərə alınmamasına görə - vəzifəli şəxslər beş yüz manat miqdarında, hüquqi şəxslər min manat miqdarında cərimə edilir.";

2. 153.1.2-ci maddə ləğv edilsin;

3. aşağıdakı məzmunda 153.1-1-ci maddə əlavə edilsin:

"153.1-1. Piyadalar tərəfindən yolun hərəkət hissəsinin, dəmir yol keçidinin müəyyən olunmayan yerdən keçilməsinə görə - iyirmi manat miqdarında cərimə edilir.".

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 12 iyun 2012-ci il

 

Azərbaycan.- 2012.- 12 iyul.- S. 5.