“İstehsalat
və məişət tullantıları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndini rəhbər tutaraq qərara alır:
"İstehsalat və məişət tullantıları haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, ¹ 10, maddə 606; 2002, ¹ 4, I kitab, maddə 165; 2007, ¹ 7, maddə 709, ¹ 10, maddə 938; 2008, ¹ 6, maddə 460) 12-ci maddəsində aşağıdakı dəyişikliklər edilsin:
1. Birinci hissə aşağıdakı redaksiyada
verilsin:
"Zərərsizləşdirmək
məqsədilə məişət
tullantıları tutumlara
(urnalara) atılmalıdır. Bu tullantıların
tutumlardan (urnalardan) kənar yerlərə atılması və ya basdırılması qadağandır.".
2. Maddəyə aşağıdakı
məzmunda ikinci hissə əlavə edilsin:
"Şəhərlərdə və
rayon (şəhər rayonları
istisna olmaqla) inzibati ərazi vahidlərinin inzibati mərkəzlərində tutumlar
(urnalar) arası məsafə 100 metrdən
çox olmamalıdır.".
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 12 iyun
2012-ci il
Azərbaycan.- 2012.- 12 iyul.- S. 5.