“Azərbaycan
Respublikasının İnzibati Xətalar
Məcəlləsində dəyişikliklər edilməsi
haqqında” Azərbaycan
Respublikasının 2012-ci il 12 iyun tarixli 380-IVQD nömrəli
qanununun tətbiqi və "Azərbaycan
Respublikasının İnzibati Xətalar
Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə
minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri
haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin
2000-ci il 29 avqust tarixli 389 nömrəli fərmanında dəyişikliklər
edilməsi haqqında
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2012-ci il 12 iyun tarixli 380-IVQD nömrəli qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1.
üç ay müddətində Azərbaycan Respublikası
qanunlarının və Azərbaycan Respublikası Prezidentinin
aktlarının "Azərbaycan Respublikasının
İnzibati Xətalar Məcəlləsində dəyişikliklər
edilməsi haqqında" Azərbaycan Respublikasının
Qanununa uyğunlaşdırılması barədə təkliflərini
hazırlasın və Azərbaycan Respublikasının
Prezidentinə təqdim etsin;
1.2.
üç ay müddətində Azərbaycan Respublikası
Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin
qanuna uyğunlaşdırılmasını təmin etsin və
bu barədə Azərbaycan Respublikasının Prezidentinə
məlumat versin;
1.3.
mərkəzi icra hakimiyyəti orqanlarının normativ
hüquqi aktlarının həmin qanuna
uyğunlaşdırılmasını nəzarətdə
saxlasın və bunun icrası barədə beş ay müddətində
Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
1.4.
həmin qanundan irəli gələn digər məsələləri
həll etsin.
2.
"Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin
təsdiq edilməsi, qüvvəyə minməsi və bununla
bağlı hüquqi tənzimləmə məsələləri
haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq
edilməsi barədə" Azərbaycan Respublikası
Prezidentinin 2000-ci il 29 avqust tarixli 389 nömrəli fərmanında
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹8,
III kitab, maddə 612; 2001, ¹7, maddə 462, ¹10, maddə 640, ¹12,
maddə 755; 2002, ¹1, maddə 49, ¹5, maddələr 260, 275, ¹8,
maddələr 478, 484, 486; 2003, ¹6, maddə 299, ¹8, maddə 434,
¹9, maddə 478, ¹10, maddələr 546, 547, 560, 571, 582; 2004, ¹1,
maddələr 19, 26, ¹3, maddələr 138, 141, ¹4, maddə 235,
¹5, maddələr 340, 341, 343, 345, 346, ¹8, maddələr 607,
608, ¹11, maddə 909, ¹12, maddə 1005; 2005, ¹2, maddələr
67, 69, ¹4, maddələr 299, 303, ¹8, maddə 702, ¹9, maddələr
801, 802, ¹12, maddə 1101; 2006, ¹2, maddə 83, ¹4, maddələr
321, 322, ¹5, maddə 407, ¹7, maddə 590, ¹8, maddələr 662,
663, 674, 675, 679, ¹9, maddə 743, ¹11, maddələr 942, 945; 2007,
¹1, maddə 11, ¹2, maddə 87, ¹3, maddə 230, ¹7, maddə 715,
¹8, maddələr 767, 769, ¹11, maddələr 1110, 1116, 1120, ¹12,
maddə 1227; 2008, ¹1, maddə 7, ¹3, maddə 186, ¹6, maddələr
504, 507, ¹7, maddə 617, ¹8, maddə 713, ¹9, maddə 798, ¹10, maddə
894, ¹11, maddələr 969, 971, 980, ¹12, maddələr 1060, 1061,
1062, 1065; 2009, ¹3, maddə 163, ¹4, maddə 226, ¹5, maddə 330,
¹7, maddələr 532, 535, 539, 540, 542, ¹9, maddə 688, ¹10, maddələr
776, 785, ¹12, maddələr 979, 993; 2010, ¹2, maddə 80, ¹3, maddələr
180, 189, ¹5, maddə 393, ¹7, maddələr 606, 607, 610, ¹8, maddələr
721, 725, ¹10, maddələr 847, 854, ¹11, maddə 972; 2011, ¹3, maddələr
174, 175, ¹6, maddələr 490, 511, 513, ¹10, maddə 895, ¹ 12, maddələr
1117, 1129; 2012, ¹ 1, maddə 7, ¹ 2, maddə 64, ¹ 4, maddə 284)
aşağıdakı dəyişikliklər edilsin:
2.1.
3.3-cü bənddə "69-cu," sözlərindən
sonra "104.3-cü, 104.4-cü," sözləri əlavə
edilsin;
2.2. 3.7-ci bənddə
"104-cü," sözləri "104.1-ci, 104.2-ci,"
sözləri ilə əvəz edilsin.
3. Azərbaycan
Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra
hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının və normativ xarakterli aktların "Azərbaycan
Respublikasının İnzibati Xətalar Məcəlləsində
dəyişikliklər edilməsi haqqında" Azərbaycan
Respublikasının Qanununa
uyğunlaşdırılmasını təmin etsin və bu
barədə Azərbaycan Respublikasının Nazirlər
Kabinetinə məlumat versin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
6 iyul 2012-ci il
Azərbaycan.- 2012.- 12 iyul.- S. 5.