“İstehsalat
və məişət tullantıları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2012-ci il 12 iyun tarixli
379-IVQD nömrəli qanununun tətbiqi və
“İstehsalat
və məişət tullantıları haqqında” Azərbaycan Respublikası Qanununun
tətbiq edilməsi barədə" Azərbaycan
Respublikası Prezidentinin 1998-ci il 26 oktyabr tarixli
3 nömrəli fərmanında dəyişiklik edilməsi
haqqında
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini
rəhbər tutaraq, "İstehsalat və məişət
tullantıları haqqında" Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər edilməsi
barədə" Azərbaycan Respublikasının 2012-ci il 12
iyun tarixli 379-IVQD nömrəli qanununun qüvvəyə minməsi
ilə əlaqədar həmin qanunun tətbiqini təmin etmək
məqsədi ilə qərara alıram:
1. Azərbaycan
Respublikasının Nazirlər Kabineti:
1.1.
üç ay müddətində Azərbaycan Respublikası
qanunlarının və Azərbaycan Respublikası Prezidentinin
aktlarının "İstehsalat və məişət
tullantıları haqqında" Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər edilməsi
barədə" Azərbaycan Respublikasının Qanununa
uyğunlaşdırılması ilə bağlı təkliflərini
hazırlasın və Azərbaycan Respublikasının
Prezidentinə təqdim etsin;
1.2.
üç ay müddətində Azərbaycan Respublikası
Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin
qanuna uyğunlaşdırılmasını təmin etsin və
bu barədə Azərbaycan Respublikasının Prezidentinə
məlumat versin;
1.3.
mərkəzi icra hakimiyyəti orqanlarının normativ
hüquqi aktlarının həmin qanuna
uyğunlaşdırılmasını nəzarətdə
saxlasın və bunun icrası barədə beş ay müddətində
Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
1.4.
bu fərmanın 3-cü hissəsində nəzərdə
tutulmuş tələbata dair ümumiləşdirilmiş nəticələrə
uyğun olaraq altı ay müddətində urnaların mərkəzləşdirilmiş
qaydada alınmasını təşkil etsin;
1.5.
həmin qanundan irəli gələn digər məsələləri
həll etsin.
2.
"İstehsalat və məişət tullantıları
haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq
edilməsi barədə" Azərbaycan Respublikası
Prezidentinin 1998-ci il 26 oktyabr tarixli 3 nömrəli fərmanının
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, ¹ 10,
maddə 611; 2003, ¹ 10, maddə 546; 2007, ¹ 6, maddə 601) 1-ci
hissəsinin beşinci bəndində
"üçüncü" sözü
"dördüncü" sözü ilə əvəz
edilsin.
3.
Şəhər və rayon (şəhər rayonları istisna
olmaqla) icra hakimiyyəti orqanları iki ay müddətində
"İstehsalat və məişət tullantıları
haqqında" Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin
ikinci hissəsinə uyğun olaraq öz ərazilərində
urnalara tələbatı müəyyən edərək,
müvafiq məlumatı Azərbaycan Respublikası Prezidentinin
Administrasiyasına təqdim etsinlər.
4. Azərbaycan
Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra
hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının və normativ xarakterli aktların
"İstehsalat və məişət tullantıları
haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər
edilməsi barədə" Azərbaycan Respublikasının
Qanununa uyğunlaşdırılmasını təmin etsin və
bu barədə Azərbaycan Respublikasının Nazirlər
Kabinetinə məlumat versin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
6 iyul 2012-ci il
Azərbaycan.- 2012.- 12 iyul.- S. 5.