Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

 

 Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:

 

"Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, №12, maddə 740; 2002, №12, maddə 706; 2003, №1, maddə 23, №8, maddə 428, №12, I kitab, maddələr 676, 698; 2005, №1, maddə 1, №6, maddə 462, №8, maddə 684, №10, maddələr 873, 905, №12, maddə 1083; 2006, №3, maddələr 223, 225, №6, maddə 481, №12, maddələr 1015, 1029; 2007, №2, maddə 80, №12, maddə 1203; 2008, №3, maddə 158, №6, maddə 462, №7, maddə 602, №12, maddə 1047; 2009, №1, maddə 5, №2, maddə 56, №3, maddə 160, №7, maddə 519, №12, maddə 947; 2010, №4, maddə 276, №6, maddə 485, №10, maddə 840, №11, maddə 939; 2011, №1, maddə 12, №4, maddələr 245, 264, №11, maddə 985, №12, maddə 1100; 2012, №1, maddə 4) aşağıdakı dəyişikliklər edilsin:

 

1. 18.1-18.10-cu, 18.14-cü, 18.26-18.32-ci, 18.49-18.53-cü maddələr ləğv edilsin.

2. 19-cu maddə üzrə:

2.1. 19.1-ci maddə aşağıdakı redaksiyada verilsin:

"19.1. Bu qanunun 18.54-cü maddəsində göstərilən dövlət rüsumunun məbləği göndərilən materialların göndərilmə xərclərini, habelə beynəlxalq sazişlərə əsasən beynəlxalq təşkilatlara ödənilməli olan müvafiq ödənişləri əhatə etmir.";

2.2. 19.2-ci maddə ləğv edilsin.

3. 30.4-cü maddədə "attestatın" sözü "sertifikatın" sözü ilə əvəz edilsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəi, 29 may 2012-ci il

 

Azərbaycan.- 2012.- 12 iyul.- S. 6.