Patent haqqında Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 13-cü bəndini rəhbər tutaraq qərara alır:

 

"Patent haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, ¹5, maddə 414; 2004, ¹7, maddə 505; 2006, ¹2, maddə 64; 2009, ¹12, maddə 951) aşağıdakı dəyişikliklər edilsin:

 

1. 16-cı maddənin ikinci hissəsinin 2-ci bəndində "dərc edir" sözləri "dərc edilməsini təmin edir" sözləri ilə əvəz edilsin.

2. 17-ci maddənin birinci və üçüncü hissələrində ismin müvafiq hallarında "iddia sənədi, patent və ya onlarla" sözləri "iddia sənədi və ya patentlə" sözləri ilə əvəz edilsin.

3. 27-ci maddənin beşinci hissəsində "müəyyənləşdirilmiş məbləğdə dövlət rüsumunun" sözləri "müəyyən edilmiş haqqın" sözləri ilə əvəz edilsin.

4. 28-ci maddə üzrə:

4.1. səkkizinci hissədə "müəyyənləşdirilmiş rüsumu" sözləri "müəyyən edilmiş haqqı" sözləri ilə əvəz edilsin;

4.2. doqquzuncu hissədə "dövlət rüsumu" sözləri "müəyyən edilmiş haqqın" sözləri ilə əvəz edilsin.

5. 29-cu maddə üzrə:

5.1. birinci hissədə və beşinci hissənin 4-cü bəndində ismin müvafiq hallarında "müəyyənləşdirilmiş məbləğdə rüsumun" sözləri ismin müvafiq hallarında "müəyyən edilmiş haqqın" sözləri ilə əvəz edilsin;

5.2. ikinci hissənin 2-ci bəndində mötərizədəki "rüsum ödəmək şərti ilə" sözləri "müəyyən edilmiş haqqı ödəmək şərti ilə" sözləri ilə əvəz edilsin;

5.3. üçüncü hissənin 3-cü bəndində "müvafiq rüsumu" sözləri "müəyyən edilmiş haqqı" sözləri ilə əvəz edilsin;

5.4. səkkizinci hissədə "rüsumlar" sözü "müəyyən edilmiş haqq" sözləri ilə əvəz edilsin;

5.5. onuncu hissənin 1-ci və 2-ci bəndlərində "müvafiq rüsumun" sözləri "müəyyən edilmiş haqqın" sözləri ilə əvəz edilsin.

6. 30-cu maddə üzrə:

6.1. birinci hissənin 1-ci cümləsində "məlumatı özünün rəsmi bülletenində dərc edir" sözləri "məlumatın özünün rəsmi bülletenində dərc edilməsini təmin edir" sözləri ilə, ikinci cümləsində "müəyyən edilmiş rüsum" sözləri "müəyyən edilmiş haqq" sözləri ilə əvəz edilsin;

6.2. ikinci hissədə "rəsmi dərcində" sözləri "rəsmi bülletenində" sözləri ilə əvəz edilsin;

6.3. beşinci hissənin 1-ci bəndində "rüsum ödəmək şərti ilə" sözləri "müəyyən edilmiş haqqı ödəmək şərti ilə" sözləri ilə əvəz edilsin.

7. 39-cu maddədə "onlara dair məlumatın dərci üçün" sözlərindən sonra "(müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş haqqın ödənildiyi hallar istisna olmaqla)" sözləri əlavə edilsin.

8. 41-ci maddənin birinci hissəsində "Sənaye mülkiyyəti obyekti" sözləri "İxtira, faydalı model və sənaye nümunəsi" sözləri ilə əvəz edilsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 may 2012-ci il

 

Azərbaycan.- 2012.- 12 iyul.- S. 6.