Krans Montana Forumunun təşkilatçılığı
çox yüksək səviyyədədir
Krans
Montana Forumunun təşkilatçılığı
çox yüksək səviyyədədir.
AzərTAc
xəbər verir ki, bu sözləri Bakıda keçirilən
Krans Montana Forumunun iştirakçısı, Kot Divuarın
Rusiyadakı səfiri Bernard Tano Butşue demişdir.
Səfir
bildirmişdir ki, forumda iştirak etmək və buradakı
yüksək səviyyəli qonaqları görməkdən
çox məmnundur. O demişdir: "Forumda bu qədər
nüfuzlu şəxslərin iştirak etməsi tədbirin əhəmiyyətini
nümayiş etdirir. Bakı çox gözəl şəhərdir.
Bu münasibətlə sizi təbrik edirəm. Forumun
açılış mərasimində Prezident İlham Əliyev
çox dərin və məzmunlu nitqində Azərbaycanın
inkişafı barədə danışmışdır. Azərbaycanın
belə sürətlə inkişafı yalnız sizin
üçün deyil, bütövlükdə region
üçün də çox önəmlidir".
Azərbaycan.- 2012.- 1 iyul.- S. 7.