“Əmtəə
nişanları və coğrafi göstəricilər
haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər
edilməsi barədə” Azərbaycan
Respublikasının 2012-ci il 29 may tarixli 373-IVQD nömrəli
qanununun tətbiqi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, "Əmtəə nişanları və coğrafi göstəricilər haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2012-ci il 29 may tarixli 373-IVQD nömrəli qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. üç
ay müddətində Azərbaycan
Respublikası qanunlarının və Azərbaycan
Respublikası Prezidentinin aktlarının
"Əmtəə nişanları və coğrafi
göstəricilər haqqında" Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər
edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasına dair təkliflərini hazırlasın və
Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2.
üç ay müddətində Azərbaycan Respublikası
Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin
qanuna uyğunlaşdırılmasını təmin etsin və
bu barədə Azərbaycan Respublikasının Prezidentinə
məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti
orqanlarının normativ hüquqi aktlarının həmin
qanuna uyğunlaşdırılmasını nəzarətdə
saxlasın və bunun icrası barədə beş ay müddətində
Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
1.4.
həmin qanundan irəli gələn digər məsələləri
həll etsin.
2. Azərbaycan
Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra
hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının və normativ xarakterli aktların "Əmtəə
nişanları və coğrafi göstəricilər
haqqında " Azərbaycan Respublikasının Qanununda dəyişikliklər
edilməsi barədə" Azərbaycan Respublikasının
Qanununa uyğunlaşdırılmasını təmin etsin və
bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat
versin.
3.
Müəyyən edilsin ki, "Əmtəə
nişanları və coğrafi göstəricilər
haqqında" Azərbaycan Respublikası Qanununun 35-ci maddəsində
nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti
orqanı"nın səlahiyyətlərini Azərbaycan
Respublikasının Nazirlər Kabineti həyata keçirir.
4.
"Əmtəə nişanları və coğrafi göstəricilər
haqqında" Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan
Respublikası Prezidentinin 1998-ci il 19 avqust tarixli 749 nömrəli
fərmanının (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 1998, ¹ 8, maddə 499; 2002, ¹ 1, maddə 14;
2003, ¹ 10, maddə 571; 2006, ¹ 9,
maddə 743, 2009, ¹ 04, maddə 226) 2-ci hissəsinin birinci bəndində
"17-ci maddəsinin beşinci hissəsində" sözlərindən
sonra "və" sözü
vergül işarəsi ilə əvəz edilsin və
"19-cu maddəsinin altıncı hissəsində"
sözlərindən sonra "və 35-ci maddəsində"
sözləri əlavə edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 6 iyul 2012-ci il
Azərbaycan.- 2012.- 12 iyul.- S. 6.