“Patent haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər edilməsi
barədə” Azərbaycan Respublikasının 2012-ci il 29 may
tarixli 372-IVQD nömrəli qanununun tətbiqi haqqında
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini
rəhbər tutaraq, "Patent haqqında" Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər edilməsi
barədə" Azərbaycan Respublikasının 2012-ci il 29
may tarixli 372-IVQD nömrəli qanununun qüvvəyə minməsi
ilə əlaqədar həmin qanunun tətbiqini təmin etmək
məqsədi ilə qərara alıram:
1. Azərbaycan
Respublikasının Nazirlər Kabineti:
1.1.
üç ay müddətində Azərbaycan Respublikası
qanunlarının və Azərbaycan Respublikası Prezidentinin
aktlarının "Patent haqqında" Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər edilməsi
barədə" Azərbaycan Respublikasının Qanununa
uyğunlaşdırılmasına dair təkliflərini
hazırlasın və Azərbaycan Respublikasının
Prezidentinə təqdim etsin;
1.2. üç ay müddətində
Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ
hüquqi aktlarının həmin qanuna
uyğunlaşdırılmasını təmin etsin və bu
barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
1.3. mərkəzi icra hakimiyyəti
orqanlarının normativ hüquqi aktlarının həmin
qanuna uyğunlaşdırılmasını nəzarətdə
saxlasın və bunun icrası barədə beş ay müddətində
Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
1.4. həmin qanundan irəli gələn
digər məsələləri həll etsin.
2. Azərbaycan
Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra
hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının və normativ xarakterli aktların "Patent
haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər
edilməsi barədə" Azərbaycan Respublikasının
Qanununa uyğunlaşdırılmasını təmin etsin və
bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat
versin.
3.
Müəyyən edilsin ki, "Patent haqqında" Azərbaycan
Respublikası Qanununun 39-cu maddəsində nəzərdə
tutulmuş "müvafiq icra hakimiyyəti
orqanı"nın səlahiyyətlərini Azərbaycan
Respublikasının Nazirlər Kabineti həyata keçirir.
4.
"Patent haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq
edilməsi barədə" Azərbaycan Respublikası
Prezidentinin 1998-ci il 19 avqust tarixli 755 nömrəli fərmanının
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, ¹ 8,
maddə 505; 2003, ¹ 10, maddə 571; 2004, ¹ 7, maddə 526; 2009, ¹
4, maddə 226; 2010, ¹ 12, maddə 1064 ) 2-ci hissəsinin birinci bəndində
"30-cu maddəsinin 7-ci bəndinin birinci abzasının
ikinci cümləsində" sözlərindən sonra "və
39-cu maddəsində" sözləri əlavə edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 6 iyul 2012-ci il
Azərbaycan.- 2012.- 12 iyul.- S. 6.