Bosniya və Herseqovinanın Azərbaycanda akkreditə olunmuş səfirinin diplomatik fəaliyyəti başa çatmışdır

 

 İyulun 11-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar Bosniya və Herseqovinanın iqamətgahı Ankarada olmaqla Azərbaycanda akkreditə olunmuş səfiri Dragolyub Lyepoya ilə görüşmüşdür.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə nazir Elmar Məmmədyarov Azərbaycan ilə BosniyaHerseqovina arasında ikitərəfli münasibətlərin inkişafında  göstərdiyi köməkliyə görə səfirə təşəkkürünü bildirmiş və gələcək işlərində müvəffəqiyyətlər arzulamışdır.

Səfir Dragolyub Lyepoya fəaliyyəti dövründə BosniyaHerseqovina ilə Azərbaycan arasında bir sıra sahələrdə əməkdaşlıq əlaqələrinin inkişafından məmnunluğunu ifadə etmişdir.

 

 

Azərbaycan.- 2012.- 12 iyul.- S. 7.