Türkiyənin əmək
və sosial müdafiə naziri
Azərbaycana səfərə gəlmişdir
İyulun 11-də Türkiyə Respublikasının əmək və sosial müdafiə naziri Faruk Çelikin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gəlmişdir.
Səfər çərçivəsində iyulun 12-də Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov ilə görüş keçiriləcəkdir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AzərTAc-a bildirmişlər ki, iki qardaş ölkənin nazirlikləri arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq üzrə birgə daimi komissiyanın yeddinci iclası keçiriləcək, 2010-cu il mayın 17-də keçirilən altıncı iclasın protokolunda təsbit olunmuş vəzifələr və görülən işlərin nəticələri müzakirə ediləcəkdir.
Tərəflər əmək, sosial müdafiə, məşğulluq, əməyin mühafizəsi və təhlükəsizliyi, əməyin təftişi, peşə standartlarının hazırlanması, kadr hazırlığı və beynəlxalq təşkilatlarla əməkdaşlıq barədə fikir mübadiləsi aparacaqlar.
Sonda iclasın nəticələrinə
dair hər iki dövlətin
müvafiq qurumları arasında protokol imzalanacaqdır.
Azərbaycan.- 2012.- 12 iyul.- S. 8.