Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramının hazırlanması üzrə AMEA-nın işçi qrupunun AMEA Rəyasət Heyətinin üzvləri ilə birgə iclası keçirilmişdir

 

İyulun 10-da ölkə Prezidentinin "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında" imzaladığı 2012-ci il 23 may tarixli sərəncamının icrasını həyata keçirmək məqsədi ilə yaradılan işçi qrupunun Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin üzvləri və elmi-tədqiqat müəssisələrinin rəhbərləri ilə birgə iclası keçirilmişdir.

AzərTAc xəbər verir ki, AMEA-nın prezidenti, akademik Mahmud Kərimovun sədrliyi ilə keçirilən iclasda AMEA Rəyasət Heyətinin üzvlərinin Dövlət Proqramı haqqında təklifləri dinlənilmiş, müzakirələr aparılmışdır.

Tədbirdə AMEA-nın Dilçilik, Şərqşünaslıq, Folklor, Memarlıq və İncəsənət, İnformasiya Texnologiyaları, Kibernetika, Coğrafiya, Aqrokimya və Torpaqşünaslıq, Genetik Ehtiyatlar, Neft-Kimya Prosesləri, EroziyaSuvarma institutlarının, eləcə də Şamaxı Astrofizika Rəsədxanası, AMEA Mərkəzi Elmi Kitabxanası, H.Cavidin ev-muzeyi, Bakı Dövlət Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dillər Universitetinin mütəxəssisləri, AMEA-nın Naxçıvan Bölməsi və Gəncə Regional Elmi Mərkəzinin üzvləri, əlaqədar qurumların - Mədəniyyət və Turizm Nazirliyi, Təhsil Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Ədliyyə Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti, Standartlaşdırma, MetrologiyaPatent üzrə Dövlət Komitəsi, Milli TeleviziyaRadio Şurası, Azərbaycan Yazıçılar Birliyi, Mətbuat Şurasının, AMEA Prezidentinin Mətbuat Xidmətinin nümayəndələri iştirak etmişlər.  

İclasda AMEA Rəyasət Heyətinin üzvləri birinci vitse-prezident, akademik Arif Həşimov, vitse-prezidentlər, akademik Akif Əlizadə, akademik Nailə Vəlixanlı, bölmələrin akademik-katibləri, akademik Akif Hacıyev, akademik Nadir Seyidov, akademik Arif İsmayılzadə, müxbir üzv Kamal Abdullayev, elmi-tədqiqat müəssisə rəhbərləri, akademik Telman Əliyev, müxbir üzv Məhərrəm Babayev, müxbir üzv Abbasqulu Quliyev, kənd təsərrüfatı üzrə elmlər doktoru Zeynal Əkpərov, kənd təsərrüfatı üzrə fəlsəfə doktoru Seymur Səfərli, sənətşünaslıq üzrə elmlər doktoru Ərtegin Salamzadə, filologiya üzrə elmlər doktorları Gövhər Baxşəliyeva, Muxtar İmanov, Aybəniz Əliyeva-Kəngərli, Gülbəniz Babaxanlı, filologiya üzrə fəlsəfə doktoru Paşa Kərimov, direktor müavinləri müxbir üzv Cavad Abdinov, müxbir üzv Ramiz Məmmədov, texnika üzrə elmlər doktoru Hikmət İbrahimov, iqtisadiyyat üzrə fəlsəfə doktoru Allahyar Muradov, fəlsəfə üzrə fəlsəfə doktoru Roida Rzayeva, tarix üzrə fəlsəfə doktoru Tofiq Nəcəfli, eləcə də şöbə müdiri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Rəhim Zeynalov, baş elmi işçi, coğrafiya üzrə fəlsəfə doktoru Elbrus Əlizadə iştirak etmişlər.

İclasda işçi qrupunu akademiklər Ağamusa Axundov, Vasim Məmmədəliyev, müxbir üzvlər Tofiq Hacıyev, Rasim Əliquliyev, Nizami Cəfərov, Teymur Kərimli, filologiya üzrə elmlər doktorları Yusif Seyidov, Fəxrəddin Veysəlli, Nizami Xudiyev, Məsud Mahmudov, Azad Məmmədov, Sevinc Məhərrəmova, Sayalı Sadıqova, Məhəbbət Mirzəliyeva, Bilal İsmayılov, Qalina Udalıx, İlham Tahirov, Həbib Zərbəliyev, Təranə Hacıyeva, pedaqogika üzrə fəlsəfə doktoru Ənvər Abbasov, Gülnarə Nəbibəyova, Əfruz Qurbanova, Fidumə Hüseynova, Faiq Xudanlı, Əbülfət Fətullayev, Əflatun Amaşov, Qafar Cəbiyev, filologiya üzrə fəlsəfə doktorları Yaşar Quluzadə, Gülarə Əmirova, Elnarə Əliyeva, Rasim Heydərov, Aytən Bəylərova, Nəzakət Ələkbərova, Nərmin Rəcəbova, habelə Ülvi Qiyasov, Natəvan Abbasova təmsil etmişlər.

İşçi qrupun növbəti iclası Azərbaycan Respublikasının Milli Məclisinin üzvləri ilə keçiriləcəkdir.

 

 

Azərbaycan.- 2012.- 12 iyul.- S. 10.