Ümumrusiya Azərbaycanlılar Konqresinin Sankt-Peterburq
bölməsi Krasnodar diyarında
daşqın nəticəsində həlak olanların
doğmalarına və yaxınlarına
başsağlığı vermişdir
Azərbaycan Respublikasının Sankt-Peterburqdakı baş konsulluğunun mətbuat xidmətindən AzərTAc-a verilən məlumata görə, Ümumrusiya Azərbaycanlılar Konqresinin Sankt-Peterburq bölməsi Krasnodar diyarında daşqın nəticəsində həlak olanların və itkin düşənlərin doğmalarına və yaxınlarına Peterburq azərbaycanlıları adından başsağlığı vermiş, təbii fəlakətdən zərərçəkmiş insanların tezliklə sağalmasını arzulamış, onlara səbir və dözüm diləmişdir.
ÜAK-ın Sankt-Peterburq regional bölməsi Krasnodar
diyarında daşqından zərər çəkənlərə
yardım fondunun hesabına 500.000 rubl məbləğində pul
vəsaiti köçürmüşdür.
Azərbaycan.- 2012.- 12 iyul.- S. 10.