Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin əmək və sosial müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 12-də Türkiyə Respublikasının əmək və sosial müdafiə naziri Faruk Çelikin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Nazir Faruk Çelik Türkiyə Respublikasının Prezidenti Abdullah Gülün və Baş nazir Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırdı.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulandı, ölkələrimizin müvafiq qurumları arasında qarşılıqlı təcrübə mübadiləsinin aparılmasının önəmi qeyd edildi, Türkiyənin Əmək və Sosial Müdafiə Nazirliyi ilə Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında əməkdaşlığın səmərəli olacağına əminlik ifadə edildi.

Dövlətimizin başçısı Prezident Abdullah Gülün və Baş nazir Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyənin Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş etdi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 13 iyul.- S. 3.