“Beynəlxalq Antikorrupsiya
Akademiyasının beynəlxalq təşkilat qismində təsis
edilməsi haqqında” Sazişə qoşulmaq barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini
rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikası "Beynəlxalq Antikorrupsiya Akademiyasının beynəlxalq təşkilat qismində təsis edilməsi haqqında" 2010-cu il sentyabrın 2-də Vyana şəhərində imzalanmış Sazişə qoşulsun.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
29 iyun 2012-ci il
Azərbaycan.- 2012.- 13 iyul.- S. 3.