Monteneqronun Prezidenti zati-aliləri
cənab Filip Vuyanoviçə
Hörmətli cənab Prezident!
Əziz dostum!
Monteneqronun milli bayramı - Dövlətçilik Günü
münasibətilə Sizə
və bütün xalqınıza ən səmimi təbriklərimizi
yetirirəm.
Azərbaycan-Monteneqro münasibətləri hazırda
dinamik şəkildə
inkişaf etməkdədir. Daim möhkəmlənən
dövlətlərarası münasibətlərimiz, dostluq
əlaqələrimiz qarşılıqlı
maraq doğuran əməkdaşlığımız üçün yaxşı
imkanlar açır.
Ümidvaram ki, bu günlərdə
ölkəmizə səfəriniz
zamanı Sizinlə görüşümüz, apardığımız
ətraflı fikir mübadiləsi əməkdaşlığımızın
inkişaf perspektivlərini
gerçəkləşdirmək yolunda səylərimizə
yeni təkan verəcəkdir.
Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə
uğurlar, dost Monteneqro
xalqına əmin-amanlıq
və firavanlıq arzulayıram.
Hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 2 iyul 2012-ci il
Azərbaycan.- 2012.- 13 iyul.- S. 3.