Meksika Senatı Sədrinin müavininin başçılıq etdiyi nümayəndə heyəti Heydər Əliyev Fondunda olmuşdur

 

 Azərbaycanda səfərdə olan Meksika Senatı Sədrinin müavini Fransisko Arroyonun başçılıq etdiyi nümayəndə heyəti iyulun 12-də Heydər Əliyev Fondunda olmuşdur.

AzərTAc xəbər verir ki, qonaqlara Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə yaradılmış fondun məqsədi və fəaliyyəti barədə ətraflı məlumat verilmişdir.

Bildirilmişdir ki, fond ulu öndər Heydər Əliyevin zəngin irsini öyrənir və təbliğ edir, müxtəlif sosial-iqtisadi, humanitar layihələr həyata keçirməklə Azərbaycanın tərəqqisinə, mədəniyyətinin inkişafına və tarixinin öyrənilməsinə kömək göstərir.

Ümummilli liderin şəxsi arxivindən götürülmüşonun fəaliyyətinin ayrı-ayrı dövrlərinə aid fotolara,  habelə müxtəlif eksponatlara nəzər yetirən meksikalı qonaqlar fenomen şəxsiyyət Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxlu sənədlərlə, dünyanın tanınmış siyasi xadimlərinin bəxş etdikləri hədiyyələrlə, ulu öndərə həsr olunmuş kitablarla, nüfuzlu elm, mədəniyyət və incəsənət xadimlərinin müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu haqqında fikirləri ilə tanış olmuş, xarici ölkələrin liderləri ilə görüşlərdə çəkilmiş şəkillərə maraqla baxmışlar. Ümummilli lider Heydər Əliyevin zəkasının bəhrəsi olanonun adını daşıyan Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinin maketi qonaqlarda xüsusi maraq doğurmuşdur.

Fransisko Arroyoya fondun nəşri hədiyyə olunmuşdur.

Qonaqlar Heydər Əliyev Fondundan zəngin təəssüratla ayrılmışlar.

 

 

Azərbaycan.- 2012.- 13 iyul.- S. 4.