Konstitusiya Məhkəməsi
Palatasının növbəti iclası olmuşdur
Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsi Palatasının
növbəti iclası olmuşdur.
Konstitusiya
Məhkəməsinin mətbuat xidmətindən bildirmişlər
ki, iclasda Azərbaycan Respublikası Konstitusiyasının
130-cu maddəsinin VI hissəsinə və "Konstitusiya Məhkəməsi
haqqında" qanunun 7.1-ci maddəsinə əsasən,
Goranboy Rayon Məhkəməsinin müraciətinə
baxılaraq icraata qəbul edilməsi haqqında qərardad
çıxarılmışdır.
Müraciətə
mahiyyəti üzrə, tərəflərin iştirakı ilə
Konstitusiya Məhkəməsi Plenumunun sentyabrın 5-nə təyin
edilmiş iclasında baxılacaqdır.
AzərTAc
Azərbaycan.- 2012.- 13 iyul.- S. 4.